KepezTV Player
Suqovuşan qəsəbəsinə Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir. Burada da Ağıllı Şəbəkə Konsepsiyası tətbiq edilir. İki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir. Belə xətlərdə itkilər minumuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır. Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0,4 kV hava xətləri bərpa edilmiş, yeni SİP kabellər çəkilib. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin verilişi bərpa ediləcək.
- Baxış: 183