• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 22.04.2021 12:11

Ermənilər daha çox aşkarlanması çətin olan plastik minalar basdırıb

KepezTV Player

Qısa müddət ərzində Suqovuşana gedən yol minalardan və partlamış hərbi sursatlardan təmizlənib”. ANAMA-nın regional əməliyyat meneceri Ramil Əzizov artıq ərazidə yol kənarı ilə müvafiq infrastruktur xətlərinin çəkilməsi istiqamətində də təmizləmə əməliyyatlarının həyata keçirildiyini bildirib. Müvafiq qurumlar həmin infrastruktur xətlərini təhlükəsiz qaydada Suqovuşana çatdıra biləcək. Minatəmizləmə əməliyyatları zamanı minaaxtaranlar arasında zərərçəkən olmadığını vurğulayan R. Əzizov ərazidən ümumilikdə 2500-ə yaxın tankəleyhinə, eləcə də piyada əleyhinə və partlamış hərbi-sursat aşkar edildiyini diqqətə çatdırıb. Bəzi yerlərdə xüsusən plastik minalar daha çox aşkarlanıb. Minomyot mərmisinə bağlanmış xüsusi tellər var ki, kənardan idarə olunaraq partladılır.