“Üçtərəfli bəyanatın imzalanmasından sonra azad edilmiş ərazilərdə erməni minaları 20 azərbaycanlı mülki şəxsin ölümünə səbəb olub. Bu Ermənistanın törətdiyi növbəti hərbi cinayətdir. Parlament Assambleyası Ermənistanı mina xəritələrini təhvil verməyə siyasi yolla məcbur edə bilmədi”. Bu fikirləri AŞPA-nın yaz sessiyasında Büro və Daimi Komitənin inkişaf hesabatına dair müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini Kamal Cəfərov söyləyib. Əlavə edib ki, “Marukyanın sayğısız ittihamlarını dinlədikdən sonra onun Prezident Əliyevin yaratdığı yeni reallığın şərtlərini qəbul etməkdə çətinlik çəkdiyini görürəm. Çünki onlar beyin yuyulmasına məruz qalıblar, psixoloji cəhətdən hazır olmadıqlarını göstərirlər. Özlərinin yaratdığı saxta tarixə inanıblar. Buna görə də, bu travmaya görə elə özləri məsuliyyət daşıyırlar”.
- Baxış: 358