• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2319
— 20.04.2021 11:12

Gəncəli güləşçi Turan Bayramov finalda

KepezTV Player

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürüb.Milli komandamızın üzvü Turan Bayramov səkkizdəbir finalda Böyük Britaniya təmsilçisini çətinlik çəkmədən üstələyib. Türkiyə güləşçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. T.Bayramov hesabda 3:2 öndə olarkən rəqib zədələndiyi üçün görüş saxlanılıb və həmyerlimiz yarımfinala yüksəlib. Böyüklərin Avropa çempionatında debüt edən güləşçimiz ukraynalı rəqibinə də gücünü göstərərək finalda iştirak hüququ qazanıb. Həlledici görüşdə həmyerlimizin rəqibi rusiyalı İsrail Kasumov olacaq. Final qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.