KepezTV Player
Samux Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə reyd keçiriblər. Məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaq olub. Yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismar etməlidirlər. Reyd zamanı qaydaları pozan 15 sürücü inzibati məsuliyyətə cəlb edilib.
- Baxış: 336