KepezTV Player
Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır. Təbii ki, Azərbaycan onun təkcə işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirakına yox, həm də Ermənistanın tərəfdaşı, Ermənistanla bərabər Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, eləcə də Azərbaycanın yaxın dostu, dünyada nüfuzlu ölkə kimi fəal iştirakına ümid bəsləyir. Bunu Prezident İlham Əliyev Bakıda həmkarı Aleksandr Lukaşenko ilə birgə mətbuat konfransında deyib. Dövlət başçısı Belarusun gələcəkdə Ermənistanla Azərbaycan arasında əlaqələrin nizamlanmasında mühüm rol oynayacağına əminliyini vurğulayıb. İlham Əliyev Minsk şəhəri ilə bağlı formatın artıq keçmişdə qaldığını da açıqlayıb.
- Baxış: 360