• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1400
— 12.04.2021 12:01

Bakıda toy məclisində iştirak edən 19 nəfər saxlanıldı

KepezTV Player

Bakının Nərimanov rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkarlanıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb. Ümumilikdə 19 nəfər barəsində protokol tərtib edilib. Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsində polis şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, toplanmış material isə rayon məhkəməsinə göndəriləcək.