KepezTV Player
Qazax rayon Polis Şöbəsinə rayon ərazisindəki hamamın sanitar-karantin qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştərilərdən ibarət 6 şəxsi polis şöbəsinə gətiriblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. 3 nəfər 200 manat miqdarında cərimə edilib. Hamamın sahibi Eldəniz Əzimov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə obyekt sahibi 10 sutka müddətinə inzibati qaydada həbs edilib.
- Baxış: 405