KepezTV Player
Hərbi qulluqçular arasında Naxçıvan Qarnizonu üzrə 3 min metr məsafəyə hərbiləşdirilmiş kross birinciliyi keçirilib. 16 komandanın 48 idmançısı arasından 3 min metr məsafədə hərbiləşdirilmiş kross birinciliyinin bütün tələblərinə ən qısa zamanda əməl edənlər qalib gəliblər. Komanda hesabında 1-ci və 3 cü yerlərə xüsusi təyinatlılar, 2-ci yerə isə motoatıcılar layiq görülüb. Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən kubok, fəxri fərman və diplomlar təqdim edilib.
- Baxış: 292