KepezTV Player
Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılıb. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatına əsasən, yayılan məlumatlar yerindəcə araşdırılıb. Ölkə üzrə bir neçə tibb müəssisəsində, o cümlədən Gəncə şəhəri üzrə 2 nömrəli Şəhər Poliklinikasında çalışan, ümumilikdə 12 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.
- Baxış: 199