Meksikanın aparıcı mətbu orqanlarında səfir Məmməd Talıbovla müsahibələr əsasında işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın apardığı minatəmizləmə və yenidənqurma işləri barədə yazılar dərc olunub. Azad edilmiş şəhər və qəsəbələrin tamamilə dağıdılmış vəziyyətdə olduğu, Ermənistan burada olduqca geniş əraziləri xeyli vaxt ərzində minaladığı və bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi bildirilir. Hazırkı mərhələdə Azərbaycanın əsas prioritetləri azad edilmiş ərazilərin minalardan təmizlənməsi, burada yaşayış infrastrukturunun yenidən qurulması, ardınca 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərin qayıtmasının təşkil edilməsidir və adıçəkilən istiqamətlərdə Azərbaycan hökuməti tərəfindən artıq geniş miqyaslı işlərə start verilib.
- Baxış: 186