• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1148
— 08.04.2021 16:21

Futzal üzrə Azərbaycan və Slovakiya milliləri qarşılaşacaq

KepezTV Player

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Levice şəhərindəki eyniadlı idman zalında Slovakiya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18.00-da baş tutacaq. Bu görüş komandalar arasında səkkizinci oyun olacaq. Millimiz seçmə turnirlərdə Slovakiya yığması ilə 7 dəfə qüvvəsini sınayıb. 1996-cı, 2014-cü, 2016-cı və 2022-ci il Avropa çempionatlarının seçmə mərhələsi çərçivəsində keçirilən bu 7 görüşdən 4-də Azərbaycan, 1-də Slovakiya futzalçıları qalib gəlib, ikisi isə heç-heçə başa çatıb.2022-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması 4 turdan sonra üçüncü qrupda 12 xalla liderdir və qitə birinciliyinə vəsiqəni vaxtından əvvəl təmin edib.