• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 716
— 08.04.2021 20:01

"Kəpəz" baş məşqçisinə ad günü hədiyyəsi edə bilmədi

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 20-ci tur davam edir. İkinci oyun günündə "Kəpəz" doğma meydanda Zaqatalanın eyni adlı klubunu qəbul edib. Gəncə şəhər stadionunda baş tutan qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 2:1. Bununla da komanda ardıcıl üçüncü oyundan da məğlubiyyətlə ayrılıb və bu gün doğum gününü qeyd edən baş məşqçi Yaşar Vahabzadəni sevindirə bilməyib. "Sarı-göylər" turnir cədvəlinin 6-cı pilləsində qalıblar. "Zaqatala" isə "Turan Tovuz"un məğlub olmasıyla 1-ciliyə yüksəlib.