• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 04.04.2021 19:20

Niyə peyvəndləmədən yayınırlar?

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvəndləmə kampaniyası davam edir. Mütəxəssislər vaksinasiyadan keçməyin vacibliyini tövsiyə edirlər. Prosesdə fəal iştirak etməklə yoluxma riski minimuma enir, xəstəliyi daha yüngül keçirmək olur. Belə olan halda vaksin olunmaqdan yayınmaq yox, dövlətin yaratdığı imkandan faydalanmaq lazımdır.

Vaksinasiyaya qarşı inamsızlıq, qorxu və şübhələrin artması insanlar arasında narahatlıqlara səbəb olur. Belə görünür ki, koronavirus peyvəndi ilə bağlı narahatlıqlar ölkədən-ölkəyə dəyişkəndir. Azərbaycanda isə peyvənd olumaqdan imtina edənlər vaksinin qeyri effektivliyinə və ya yan təsirləri olacağına inanırlar. Mütəxəsislər isə vaksinasiya ilə bağlı mənfi fikirlərin əsassız olduğunu və vaksin olunmağın vacibliyini qeyd edir.

Rizvan Əsgərovun sözlərinə görə statistikanın yenidən artmasına səbəb insanların qaydalara biganə yanaşması və maskadan istafadə etməməsidir.

Pandemiyanın tezliklə aradan qalxması və normal həyata qayıtmanın peyvənd olumaqdan keçdiyini elə vaksinasiya prosesinin iştirakçıları da təsdiqləyir.

Covid -19 -dan qorunmaq isə öz əlimizdədər. Kütləvi toplaşmaqdan yayınmaq, mütəmadi olaraq maskadan istifadə etmək və sosial məsafəni saxlamaq bizi və ətrafımızdakıları qorumağa kömək edəcək. Ən vacibi isə peyvəndləmədən qalmayaq ki, sağlamlığımızı da təhlükəyə atmayaq.