• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 699
— 04.04.2021 19:05

“AstraZeneca” peyvəndinin ilk partiyası Azərbaycana gətirildi

AstraZeneca vaksinini qarşılamaq üçün TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, BMT və Dünya Səhiyyə Təşkilatının nümayəndələri də Heydər Əliyev adına Beynəlxalq Hava Limanındaydı. Cənubi Koreyadan gətirilən peyvənd İngiltərə və İsveçin birgə istehsalıdır.

Viktor Qasımov onu da bildirdi ki, bu peyvənd də adi vaksin kimi 2-8 dərəcə temperaturda saxlanılır. Artıq peyvəndlə vaksinasiyaya da başlanıla bilər. Bundan başqa 8 həftə ərzində Azərbaycana daha 218 790 doza “Pfizer -BioNTech” peyvəndinin gətirilməsi planlaşdırılıb.

Bundan sonra da koronavirus əlehinə peyvəndlərin ölkəmizə gətirilməsi mərhələli formada davam etdiriləcək. Yaxın günlərdə daha 150 min doza vaksinin idxalı nəzərdə tutulub.