• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 699
— 03.04.2021 21:31

Məktəblərin distant təhsilə hansı qaydada keçdiyi açıqlanıb

KepezTV Player

"Mövcud qaydalara görə sinifdə bir yoluxma varsa, həmin sinif, yox əgər məktəb daxilində bir neçə müəllim və şagird yoluxarsa, o zaman məktəb distant təhsilə keçir". Bunu təhsil naziri Emin Əmrullayevin feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib. Nazirin sözlərinə görə, bir müəllimin daha çox sinfə girməsi və daha çox şagirdlə ünsiyyətdə olması yoluxma sayını kəskin artırır. Bununla da məktəbin böyük hissəsinin karantinə alınması ehtiyacını yaradır. Bu səbəbdən də məktəblər distant təhsilə keçir. Martın 29-dan tədrisə başladıqdan sonra cəmi 3 gün ərzində ölkə üzrə 61 ümumtəhsil məktəbi fəaliyyətini distant təhsilə keçirmək məcburiyyətində qalıb. Onlardan 24-ü Bakı, 3-ü Sumqayıt, 5-i Şəki məktəbi olub.

Uşaq bağçaları bağlanmayacaq

Təhsil naziri bildirib ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti hələ ki, davam etdirilir. Və uşaq bağçaları distant təhsilə keçmir və bağlanmır. Bağçalar fəaliyyətini ənənəvi qaydada davam etdirəcək.