• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 03.04.2021 20:25

Xan çinar ağacı Qarabağda əkiləcək

KepezTV Player

Həmişə Gəncənin adı çinar adı ilə qoşa çəkilir. Gəncə varsa çinar ağacı var, çinar varsa da Gəncə adı yada düşür. Artıq şah çinarın sorağı adı işğaldan azad edilən Qarabağımızdan da gələcək. Belə ki, Gəncənin əsas atributuna çevilən Xan çinarın orada əkilməsinə hazılrıq gedir.

Gördüyünüz bu ərazi Gəncə şəhər Yaşıllaşdırma şöbəsinin tingçilik sahəsidir. Burada yeniliyə imza atılıb. Beləki bu il Gəncənin simvolu Xan çinarlar burada yetişdirilərək payız fəslində Qarabağda əkiləcək.

Elmar Əzizov  Yaşıllaşdırma şöbəsinin rəisi: Biz payız fəslindən əkdiyimiz çinarın ağacın toxumundan hazırda tinglər əmələ gəlibdir. Bu tingləri artıq torpağa köçürmüşük. Payız fəslində bunlar 1,5 m artıq boy atacaqlar. Qarabağ torpaqları cənab prezident tərəfindən bərpa olunmaqdadır. Biz də istəyimiz budur ki, yetişdirdiyimiz bu çinarları Qarabağ torpaqlarında görək, Qarabağ torpaqlarında yetişdirək. Onun üçün də bunun artırılması ilə məşğul oluruq.

Artıq 10 gündən çoxdur ki, toxumdan yetişdirilən çinar ağaclarının yeni sahəyə köçürülməsinə başlanılıb. Bunun üçün də tingçilik sahəsində 1 ha ərazi ayrılıb. İşçilər burada sıra ilə, aqro texniki qaydalara riayət etməklə 5 min xan çinarı basdırıblar. Öz gözəlliyi, yaşıllığı eləcədə günəşdə olan mənfi şüalanmanı dəf etməsi ilə  seçilən çinar ağacının digər ağaclardan bir çox müsbət üstünlükləri də var.

Elmar Əzizov  Yaşıllaşdırma şöbəsinin rəisi:  Çinar ağacının ən çox üstünlüyü onların uzun ömürlü olmasıdır. Çinar ağacları 300-500 il ömrü olur ki, bu da uzun müddət gələcək nəsillərə gedib çıxır. Həm də bu oksigeni bol olan ağacdır. Həmçinin böyük bir ərazini də oksigenlə təmin edir. Qarşımıza məqsəd qoymuşuq ki, hər il davamlı sürətdə bunların artımı ilə məşğul olaq.

Həmçinin əkilən tinglərin yerinə hazırda istixanada çinar ağaclarının yeni  toxumları da basdırılır. Ağacların tez boy atması üçün əkilən toxumlara da aqrotexniki qaydada diqqət yetirilir.

Nazı Bağırova  baş aqronom: Yerə biz qidalanmış gübrələr əlavələr edirik. Çinarın qoza hissəsini biz ayrırıq, onu dən buğda halına salırıq. Onu suyun içində saxladıqdan sonra quma qatırıq və torpağa əkirik. Onun bir xüsusiyyəti odur ki, ağac yerdən cücərənə kimi suvarmanı tələb edir. Ona görə də onu qayğıdan kənarda qoymuruq, qoysaq istənilən nəticəni ala bilmərik.

Bununla paralel olaraq tingçilik sahəsində xaricdən gətirilən gül, çiçək və ağac növlərinin artırılması işləri də həyata keçilir.  11 ha ərazidə 8 istixanada  toxum və ya qələm yetişdirilir. Burada  20 min dibçək gülləri,  100 minə qədər  12 növ müxtəlif gül-çiçəklər var.

Elnur Vahidoğlu