• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 03.04.2021 12:32

Qubadlıda azad olunan ərazilərə keçən şəxslər saxlanıldı

KepezTV Player

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilən, lakin minalardan tam təmizlənməyən ərazilərə keçərək özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Növbəti belə tədbirlər zamanı Qubadlı rayon sakinləri Vəli Məmmədov, Allahverdi Mustafayev və Tofiq Əsgərov rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxslər saxlanıldıqdan sonra barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə təhvil verilib.