• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2362
— 03.04.2021 13:17

EMTA-nın filialları azad olunmuş ərazilərdə fəaliyyətə başlayır

KepezTV Player

“Enerji Məsələlərini Tənzimləmə Agentliyinin filiallarının əsasnamələrinin təsdiq edilməsi barədə”Energetika Nazirliyinin müvafiq əmrində dəyişikliklər edilib. Yeni əmrə əsasən, Agentliyin Gəncə, Mingəçevir və İmişli filiallarının fəaliyyət əraziləri genişləndirilib. Əsasnamələrə edilmiş dəyişikliklərdə məqsəd işğaldan azad edilən ərazilərdə enerji məsələlərinin tənzimlənməsi və bununla əlaqədar Agentliyin filiallarının funksionallığının yeni fəaliyyət əraziləri nəzərə alınmaqla təkmilləşdirilməsidir. Dəyişikliklərə əsasən, Agentliyin Gəncə filialının fəaliyyət ərazisinə işğaldan azad olunan Kəlbəcər rayonu, Mingəçevir filialının fəaliyyət ərazisinə düşmən tapdağından azad edilən Ağdam rayonu, İmişli filialının fəaliyyət ərazisinə Şuşa şəhəri, Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Zəngilan, Qubadlı və Laçın rayonları daxil edilib.