• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3180
— 02.04.2021 19:44

Alaq otlarına qarşı mübarizə aparılır

KepezTV Player

Aqrar rayon olan Samuxda sahələrdə rast gəlinən alaq otlarına qarşı dərmanlama işlərinə başlanılıb. Artıq əkin aparılan 300 ha-da dərmanlama işləri yekunlaşıb. İşlərin gələn ayın sonlarına kimi yekunlaşması nəzərdə tutulur.

Samuxlu fermerlər bu il yığacaqları məhsulun az olacağından narahatdılar. Çünki alaq otları əkin sahələrində toxumların inkişafına zərər vurduğundan məhsuldarlığın aşağı düşəcəyi gözlənilir. Ziyanın yaranmaması üçün Samux rayon Bitki Mühafizə Mərkəzi sahələrdə alaq otlarına qarşı mübarizəyə başlayıb. İqtisadi ziyanvurma hədd göstəricisi yuxarı olan ərazilərdə dövlət büdcəsi vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri görülür.

Dərmanlama işləri əsasən rayonun Sarıqaya, Alıuşağı, Zazalı, Sərkar kəndlərində türpəng, qanqal, vələmir, eləcə də digər alaq otlarına qarşı aparılır. Bu alaq otları bütün tarla bitkilərinə, əkinlərə, bağlara zərər vurmaqla torpada quraqlır yaradır və münbitliyini azaldır.

Həmçinin fermerlər əkin sahələrində təhlükəzilik qaydaları barədə də maarifləndirilir, onlara tövsiyyələr verilib. Samuxda 24 minə yaxın əkinə yararlı sahə var ki, bunun da 11 min ha-a yaxınında taxıl, qalanında isə digər bitkilər becərilir.

Elnur Vahidoğlu