• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2382
— 02.04.2021 19:59

2361 yeni yoluxma faktı qeydə alınıb

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 2361 yeni yoluxma faktı qeydə alınıb, 822 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədək ümumilikdə 266 322 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 239 807 nəfər müalicə olunaraq sağalıb, 3 617 nəfər vəfat edib, aktiv xəstə sayı 22 898 nəfərdir. Ölkədə son sutka ərzində 13127, hazırkı dövrədək isə 2901160 test aparılıb.