• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 02.04.2021 20:45

Böyük zəfərə iz açan Gəncə şəhidi

KepezTV Player

Bu gün zəfərə aparan yolun başlanğıcından, yəni 2016-cı il aprel döyüşlərindən 5 il ötür. Vətən müharibəsində olduğu kimi həminki döyüşlərdə də Azərbaycanın mərd oğulları igidlik göstərərək torpaqlarımızın bir hissəsini işğaldan azad ediblər.

Cəmi 4 gün sürən həmin döyüşlərdə qəhrəmancasına şəhid olanlardan biri də İnqilab Quliyev olub. O, aprel savaşında artilleriya bölməsində kapitan olaraq döyüş yolu keçib. İnqilab və onun kimi şəhid olan cəngavərlərin, qazilərimizin göstərdiyi şücaətlər böyük zəfərin qazanılmasına iz açdı.

İnqilab Quliyevin Talış kəndi istiqamətində düşmənin ön xəttinin yarılmasında böyük əməyi olub. Bunun nəticəsidir ki, aprel döyüşlərindən 4 il sonra ölkəmiz sözügedən ərazini tamamilə işğaldan azad etdi.

Şəhidliyi ilə ölməzliyə ucalan İnqilab Quliyev ölkə prezidentinin sərəncamı ilə igidliyə görə medalı ilə təltif edilib.