• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 02.04.2021 16:14

Digər regionlarda distant təhsilə keçilib-keçilməyəcəyinə aydınlıq gətirilib

KepezTV Player

“Ümumtəhsil müəssisələrinin distant təhsilə keçməsi ilə bağlı qərarlar yoluxmanın təhlili, mövcud monitorinqlərin, daxil olan məlumatların nəticəsində verilir”.Təhsil Nazirliyinin məlumatına görə, yoluxma faizi digər regionlarda da artarsa, bununla bağlı qərar verilə bilər.Digər regionlarda hazırda buna ehtiyac yoxdur. Çünki ölkə üzrə yoluxmaların 80 faizi 5 şəhər və rayonun - Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun payına düşür. Həmin təhsil müəssisələrinin yenidən əyani tədrisə geri dönüşünə yoluxma sayından asılı olaraq qərar veriləcək. Yaxın vaxtlarda həmin bölgələrdə yerləşən universitetlərdə tədrisin təşkili ilə bağlı da qərarlar veriləcək.

Bu arada, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda dövlət və özəl bağçaların fəaliyyəti dayandırılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq bu barədə yerli icra hakimiyyəti orqanları müvafiq sərəncam verib.