• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2199
— 02.04.2021 16:05

Əlillik təyinatı niyə kəsilir?

KepezTV Player

Hərbi əməliyyatlar zamanı hər hansı zədə almış, xəstəlik tapmış Qarabağ qaziləri əlilliyin təyinatı üçün ilk növbədə hərbi həkim komissiyasının şəhadətnaməsini əldə edərək səhiyyə müəssisəsinə müraciət etməlidir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirovun sözlərinə görə, səhiyyə müəssisəsi dərhal "forma 88" tərtib edərək bunu elektron alt sistemə daxil etməlidir. Elektron sistemə daxil olduqdan sonra 3 gün ərzində vətəndaş və ya qazi təyinat alır. Burada foto, videoçəkilişlər, ümumi məlumatlar komissiya tərəfindən nəzərdən keçirilir. Agentlik sədri bildirib ki, şəxsin hərbi xidmətdən tərxis olunması o, demək deyil ki, ona əlillik təyin edilməlidir. "Bu halda şəxs hərbi sahə üçün yararlı deyil. Amma o, digər sahələrdə çalışa bilər” - deyə Cavid Əbdül-Qədirov vurğulayıb. Bundan başqa, o, bildirib ki, bu ilin 3 ayı ərzində 465 əlillik təyinatı ləğv edilib. Əlillik təyinatlarının kəsilməsi ilə bağlı edilən müraciətlərin əksəriyyəti əsassızdır.