• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2263
— 01.04.2021 19:44

1 731 hektar ərazi minalardan tam təmizlənib

KepezTV Player

Sentyabrın 27-dən bu günə qədər Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən işğaldan azad edilmiş və keçmiş cəbhəboyu ərazilərdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin Operativ Qərargah rəisi İdris İsmayılov bildirib ki, bu günə kimi 1 731 hektar ərazi tam olaraq təmizlənib. 1 737 ədəd partlamamış hərbi sursat və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyat-axtarış tədbirləri Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Xocavənd və Şuşa şəhəri ərazisində davam etdirilməkdədir. Dekabr ayından başlayaraq artıq əməliyyatlar Şuşada evlərin, zirzəmilərin və döyüş getmiş ərazilərin təmizlənməsi istiqamətində həyata keçirilir. Artıq 100-dən çox partlamamış hərbi sursat aşkar edilərək götürülüb.