• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2526
— 02.04.2021 12:11

“İskəndər” raketlərinin qalıqları nümayiş olunur

KepezTV Player

Bakıda Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları nümayiş edilir. “İskəndər” raketlərinin qalıqları “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nümayəndələri tərəfindən təqdim olunur. 2021-ci il martın 15-də Agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı iki partlamış raketin qalıqları Şuşa şəhərində iki müxtəlif ərazidə aşkar edilib. Raket tam olaraq partlayıb, içərisində heç bir partlayıcı maddə yoxdur.