• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 01.04.2021 20:30

Şəmkirdə ASAN Xidmətin yerli modeli yaradıldı

KepezTV Player

Şəmkir Rayon İcra Hakimiyyətində yeni operativ Birpəncərə Xidməti yaradılıb. Məqsəd idarəçilikdə keyfiyyətin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılmasıdır. Rayon əhalisinə operativlik, şəffaflıq prinsipləri əsasında xidmət göstərən mərkəz sənədlərin rahat qəbul edilməsini, süründürməçilik və korrupsiya hallarının qarşısının alınmasını, həmçinin vətəndaşın eyni vaxtda və vahid məkanda rayon İcra Hakimiyyətinin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edir.

Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyətə başlayan Birpəncərə Xidmət Mərkəzi vətəndaşlara rahat, daha məsuliyyətli, aşkarlıq şəraitində və vaxt itkisi olmadan xidmət göstərməkdir. Vətəndaşların müraciətlərinə operativ baxılması, onların qəbulu və dinlənilməsi prosesinin təkmilləşdirilməsi, müraciətlərin mahiyyəti üzrə qərarların qəbulu, eləcə də işgüzar mühitin yaradılması mərkəzin fəaliyyətində əsas götürülüb.

“ASAN xidmət”in iş metodlarının, fəaliyyət üslubunun tədricən tətbiq olunduğu və meyar kimi qəbul edildiyi Birpəncərə Xidmət Mərkəzinin ən mühüm məram və məqsədi rayon icra hakimiyyətinin səlahiyyətlərinə şamil olunan xidmətin və fəaliyyətin optimallaşdırılmasını, effektivliyini təmin etməkdir.

Operativ Xidmət Mərkəzinin fəaliyyətini təmin etmək məqsədilə rayon İcra Hakimiyyəti yaxınlığında yeni bina inşa olunub. Burada vətəndaşların rahatlığını təmin etmək və xidməti fəaliyyət üçün hər cür şərait yaradılıb. Mərkəzdə vətəndaşların müraciətlərin araşdırılması və müvafiq qərarların qəbulu işi innovativ standartlara uyğunlaşdırılıb.