• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1441
— 01.04.2021 18:46

Zəngilan rayonunun Üdgün kəndi

KepezTV Player

Müdafiə Nazirliyi dağətəyi ərazidə yerləşən Zəngilan rayonunun Üdgün kəndindən videogörünlər təqdim edib.Yaşayış məntəqəsini Qarabağ və Cənubi Azərbaycandan gəlmiş ailələr salıblar. Yerli məlumata görə, kəndin keçmiş adı Güdgün olub. Türk dillərində üdd “köçmək, köçəri həyat sürmək” mənasındadır. Güman etmək olar ki, kəndin adı “köçgün” mənasında olub.Üdgün 1993-ci ildə Ermənistan tərəfindən işğal edilsə də, 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.