• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1288
— 01.04.2021 16:54

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır

KepezTV Player

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant formada təşkili nəzərdə tutulur. Təhsil Nazirliyindən verilən məlumata görə, digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək. 

Təhsil naziri Emin Əmrullayev bildirib ki, son həftə ərzində olan yoluxmaların 80 %-dən çoxu bu bölgələrin payına düşür. Qərar universitetlərin, uşaq bağçalarının və hazırlıq kurslarının fəaliyyətinə şamil edilmir.

Təhsil Nazirliyinin pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin hansı formada təşkilinə dair aparılan sorğuda iştirak edənlərin çoxu tədrisin distant formaya keçirilməsinin tərəfdarı olduğunu açıqlayıb. Onlayn qaydada keçirilən sorğuda ümumilikdə 50 612 rəy qeyd edilib. Sorğuda iştirak edənlərin 17.2 faizi fəaliyyətin mövcud qaydada davam etdirilməsini, 45.7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini dəstəkləyib.