• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2133
— 01.04.2021 13:45

“Ever Given” 1 milyard dollar ziyan vurub

KepezTV Player

Süveyş kanalında saya oturaraq tıxac yaradan yük gəmisi “Ever Given”in yaratdığı maliyyə itkisi 1 milyard ABŞ dollarına çata bilər.Bu kanalın administrasiyasından bildirilib.Bu məbləğə tıxacın vurduğu ziyan, həmçinin gəminin saydan çıxarılması xərcləri daxildir. Bundan əvvəl “Lloyd’s List” nəşri bildirib ki, Süveyş kanalında baş vermiş hadisə dünya ticarətinə gündə 9,6 milyard ABŞ dollarına başa gəlib. Bu, saatda 400 milyon ABŞ dolları itki deməkdir. “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. Gəmi 224 min ton yükgötürmə gücünə malikdir. Çindən Niderlanda doğru hərəkət edən zaman martın 24-də gəmi kanalın 151-ci km-liyində batıb. Beş gün sonra gəmi saydan çıxarılıb.