• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1908
— 01.04.2021 13:42

Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 11-də inzibati dövlət qulluğu vəzifələrinin qruplarına uyğun olan vəzifələr üzrə Bakı və Gəncə şəhərlərində test imtahanları keçiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyat bu gün saat 18:00-dək aparılacaq. İmtahanların başlanma saatı və yeri barədə məlumat  imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq. İmtahanda iştirak etmək istəyən namizədlər qurumun portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. İmtahanlarda iştirak ödənişlidir. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.