• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 01.04.2021 13:41

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

KepezTV Player

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb. Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu gündən etibarən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılacaq. Çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Dövlət Xidməti tərəfindən martın 27-də SMS vasitəsilə məlumatlandırılıblar.