• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 01.04.2021 13:41

Şəxsiyyət vəsiqəsi ilə vizasız səfər

KepezTV Player

Ötən il dekabrın 10-da Bakıda imzalanmış “Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında Sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokol” bu gündən qüvvəyə minir. Azərbaycan vətəndaşları artıq diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyəyə vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaqlar. Vətəndaşlarımız Türkiyə ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün 90 gün müddətinə viza tələbindən azad edilirlər. Türkiyə ərazisindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyə ərazisinə daxil olmaq üçün Azərbaycan vətəndaşları tərəfindən pasportların istifadə olunması məcburidir. Bu protokolun qüvvəyə minməsi ilə Türkiyə vətəndaşları da yeni nəsil şəxsiyyət vəsiqəsi ilə Azərbaycana 90 gün müddətlik vizasız səyahət edə biləcəklər.