• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1087
— 31.03.2021 19:16

"31 Mart Soyqırımı"ndan 103 il ötür

KepezTV Player

Təəssüf ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərlə dolu qanlı səhifələr də yazılıb. 31 mart soyqırımı mənfur düşmənin nə qəddar, amansız olduğunu bir daha sübut edir.

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı amansızlıqla qətlə yetirdilər. ((STAND UP))1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Yaxın keçmişdə, yəni Vətən müharibəsində Gəncədə, Bərdədə, Tərtərdə dinc əhaliyə qarşı ermənilərin etdirdikləri raket zərbələri erməni faşizminin hələ də yaşadığının bariz nümunəsidir.

Bu - erməni faşizminin yalnız bir əsrdə törətdiyi qisa icmaldır. Ancaq rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidliklə torpaqlarımız geri qayıtdı, həm də əbədi, əzəli sahibərinə.