KepezTV Player
Düşənbə səfəri çərçivəsində nazir Ceyhun Bayramovun tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə də görüşü baş tutub. Görüşdə Azərbaycan və Tacikistan arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. Tərəflər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və beynəlxalq formatlarda qarşılıqlı dəstəyin önəmini vurğulayıblar. Görüşün yekununda Azərbaycan ilə Tacikistanın Xarici İşlər Nazirlikləri arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb.
- Baxış: 265