• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1769
— 29.03.2021 19:20

Naxçıvan Qarnizonu Qoşunlarında taktiki təlim məşqi keçirilib

KepezTV Player

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu  Qoşunlarının birgə fəaliyyəti” mövzusunda birgə taktiki təlim məşqi keçirilib. Təlim məşqinin ssenarisinə əsasən sərhəd pozucuları dövlət sərhədini pozaraq qeyri-qanuni şəkildə Naxçıvan Muxtar Respublikasının ərazisinə keçməyə cəhd edirlər. Dövlət sərhədinin pozulması halı aşkar edildikdən sonra sərhədin mühafizəsi gücləndirilməklə aidiyyatı qurumların müvafiq bölmələri xəbərdar edilir. Sərhəd naryadından daxil olmuş siqnala əsasən şəxsi heyət “Silaha” komandası ilə qalxır, “Həyəcan qrupu” sərhəd naryadları hadisə baş vermiş əraziyə hərəkət edir.Əməliyyat-axtarış tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda birgə qərargah yaradılır.Aparılmış uğurlu axtarış əməliyyatları nəticəsində dronların müşahidəsi ilə aşkar olunmuş sərhəd pozucuları müxtəlif istiqamətlərdə mühasirəyə alınaraq yaxalanır.Təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.