KepezTV Player
İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə keçirilən profilaktiki tədbirlər çərçivəsində Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyatı qurumları ilə birgə əməliyyatı zamanı Şuşada xeyli sayda silah-sursat aşkarlanıb. Şuşa şəhəri ərazisindən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 1 ədəd qumbaraatan, 31 ədəd müxtəlif növ qumbara, 14 ədəd müxtəlif növ mərmi, 18 ədəd avtomat darağı, 2 628 ədəd müxtəlif çaplı patron və digər silah-sursatlar müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.
- Baxış: 418