KepezTV Player
Tovuzda karantin qaydalarına zidd fəaliyyət göstərən çay evi aşkarlanıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı çay evlərinin birində xüsusi karantin rejimi və sanitar-gigiyena qaydalarının əksinə olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb. Obyektin sahibi və 5 nəfər müştəri Polis Şöbəsinə dəvət olunub. Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
- Baxış: 541