KepezTV Player
Təhsil Nazirliyi tərəfindən “Dərs vaxtı” proqramına televiziyada baxa bilməyən şagirdlər üçün alternativ imkanlar təqdim edilir. Keçirilmiş dərsləri 29 martdan etibarən video.edu.az portalından və "Dərs vaxtı"nın rəsmi "Facebook" səhifəsindən izləmək mümkün olacaq.Həftə içi 5 gün saat 10:00-dan 18:00-dək teledərslər “Mədəniyyət” və “ARB Günəş” telekanalları ilə yanaşı "Dərs vaxtı"nın "Facebook" səhifəsindən canlı yayımlanacaq. Daha sonra isə həmin dərslər səhifənin “Videolar” bölməsində yerləşdiriləcək: Video.edu.az portalında isə bu dərslərlə yanaşı, məktəbdənkənar fəaliyyət və məktəbəhazırlıq dərsləri də mövcuddur.
- Baxış: 273