44 günlük Vətən müharibəsində şəhid olmuşigidlərin xatirəsini yaşatmaq məqsədi ilə Gəncədə növbəti sərgi təşkil olunub. Qəhrəman Vətən oğullarının rəsmləri bu dəfə xalçaları bəzəyib. Tədbirdə şəhidlərin ailə üzvləri və yaxınları iştirak ediblər. Bu əsərlərin ərsəyə gəlməsinə təxminən 1 ay vaxt lazım olub. Hazırlanan 3000-dən çox xalçanın 2000-i şəhidlərin ailələrinə təqdim olunub. Şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ruhuna ehtiram əlaməti olan, xalça fabriklərindən birinin bu nəcib təşəbbüsü yüksək qiymətləndirilib.
Mehriban Əhmədova şəhid Amal Əhmədovun anası: Mənim oğlum Əhmədov Amal Fizuli uğrunda gedən döyüşlərdə Fizulinin Vadafron yüksəkliyində qəhrəmancasına şəhid omuşdur. Mən bu gün burdayam xalça dünyasında təşəkkürümü bildirirəm ki, şəhidlərimizi ölümsüzləşdirirlər. Fəxr edirəm ki, qeyrətli vətənpərvər oğullarımız var, onlar şəhidlərimizi yaşadırlar.Təşəkkürlərimi bildirirəm və çox sağalun deyirəm bir şəhid anası kimi.
Məryəm İsayeva şəhid Vüsal İsayevin həyat yoldaşı: Həyat yoldaşım İsayev Vüsal 5 oktyabr Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Xalça dünyasına təşəkkürümü bildirirəm. Bütün şəhidlərimizi unutmadılar. Mənim həyat yoldaşımı da unutmdılar. Buna görə minnətdarlığımı bildirirəm.
Lalə Məmmədova şəhid Elşad Məmmədovun həyat yoldaşı: Yoldaşım Fizuli uğrunda gedən döyüşlərdə şəhid olub. Mən bu gün fəxr edirəm ki, onun kimi bir şəhidin yoldaşıyam.Təşəkkür edirəm ki, şəhidlərin şəklini xalça üzərində işləyiblər.
Ceyhun Rzayev layihə rəhbəri: Şəhidlərimizin xatirəsini ölümsüzləşdirmək üçün xalça üzərində toxutdurduq bu rəsmləri. Bu təşəbbüsdə Əhməd Hüseynov a dərin təşəkkürümüzü bildiririk.
- Baxış: 543