KepezTV Player
Tovuz rayon Polis Şöbəsinə rayonun Hacallı kəndində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub. Mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 5 nəfər saxlanılan şəxs barəsində protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Davam etdirilən tədbirlərlə rayonun ərazisində də toy mərasiminin keçirilməsi aşkar edilib. Həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, 7 nəfər iştirakçı inzibati məsuliyyətə cəlb edilib.
- Baxış: 481