KepezTV Player
Vətən müharibəsindən sonra Azərbaycan ərazisində mina partlayışı ilə bağlı 15 hadisə baş verib.Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Mahir Abbasov deyib ki, hadisə nəticəsində 14 nəfər mülki şəxs ölüb, 16 nəfər isə müxtəlif xəsarətlər alıb. Yaralananlardan 4 nəfər Minatəmizləmə Agentliyinin üzvləridir.
Baş Prokurorluq aidiyyəti qurumlarla birlikdə dəfələrlə işğaldan azad edilən ərazilərə səfər etməməklə bağlı əhaliyə çağırışlar etsələr də, Azərbaycan vətəndaşları səhlənkarlıq edərək həmin ərazilərə gedir və nəticədə minaya düşürlər.
- Baxış: 234