• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1466
— 18.03.2021 17:29

Müdafiə naziri yeni hərbi hissələrin açılışında iştirak edib

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyinin digər rəhbər heyəti HHQ-nin yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış iki hərbi hissəsinin açılış mərasimində iştirak ediblər.Qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqələri, yeməkxanalar, sinif otaqları, ərzaq və əşya anbarları, hamam-camaşırxana qazanxana kompleksləri, sıra meydanı, nəzarət buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxılıb.Z.Həsənov əsaslı təmirdən çıxan hərbi hissənin ərazisindəki Uçuşların idarə edilməsi məntəqəsi və pilotsuz uçuş aparatlarının yerüstü idarəetmə stansiyasına da baxış keçirib.Hərbi hospitalın əsaslı təmir edilmiş yoluxucu xəstəliklər bölməsinin də açılışı olub.