KepezTV Player
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən Ramiq Əzimov və Təbib Əliyevi saxlayıblar. Həmin şəxslər rayon ərazisində bir nəfərə yaxınlaşaraq ondan danışmaq üçün mobil telefon istəyiblər. Daha sonra zərərçəkənin dəyəri 410 manat olan telefonunu və içərisində 280 manat olan pul kisəsini əlindən alaraq hadisə yerindən qaçıblar.
- Baxış: 1100