KepezTV Player
Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə daxil olan məlumat əsasında Səbail rayonu, Abbas Abbaszadə küçəsində yerləşən anbarda müşahidə tədbirləri aparılıb. Aksiz markası ilə markalanmamış malların saxlanılması və satışının həyata keçirilməsi halları müəyyən edilib. Araşdırmalarla təsərrüfat subyektinin Zeynalov Yusif Əli oğluna məxsus olduğu müəyyənləşdirilib və müvafiq qərarla həmin subyektdə operativ vergi nəzarəti tədbiri təyin edilib. Aksiz markasız 608 ədəd alkoqollu içki məhsulu və 2186 qutu tütün məmulatları, eyni zamanda aksiz markalarının saxta olduğu şübhə doğuran 472 ədəd alkoqollu içki məhsulu müvəqqəti saxlanc üçün götürülüb.
- Baxış: 500