Yaqut daşını soyğunçuluq yolu ilə ələ keçirənlərin istəyi baş tutmadı. Belə ki, Cəlilabad sakini Xətai RPİ-yə müraciət edərək bildirib ki, bir müddət əvvəl ona məxsus çəkisi 14,88 qram olan qiymətli, nadir tapılan çəhrayı yaqut daşını satmaq istəyib. Daha sonra özünü Türkiyə vətəndaşı “Çağdaş” kimi təqdim edərək əlaqə saxlayan bir nəfər həmin daşı almaq üçün onunla görüşmək istədiyini bildirib. Zərərçəkənlə Xətai rayonu ərazisində görüşən həmin şəxs daşın keyfiyyətini və saflığını yoxlamaq məqsədi ilə çəhrayı yaqutu ondan alıb, daha sonra qaçaraq hadisə yerindən uzaqlaşıb. Müəyyən olunub ki, hadisəni əvvəllər məhkum olunmuş paytaxt sakinləri Röyal İmamverdiyev və Ruslan Orucov törədib. Həmin şəxslərin yaşadıqları mənzilə baxış zamanı zərərçəkənə məxsus yaqut daş, həmçinin Ruslan Orucovun evindən əlavə 4 kiloqram 735 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı Xcinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
- Baxış: 672