• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 13.03.2021 20:58

Doğma kəndini azad edərkən qazi oldu

KepezTV Player

Vətən müharibəsi başlıyanda o da silaha sarılaraq könüllü döyüşə getdi. Torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıq göstərdi. Anadan olduğu kəndi işğaldan azad edərkən isə yaralandı. İndi təqdim edəcəyimiz sujetdə qazi Rauf Şahməmmədovun keçdiyi şərəfli döyüş yoluna birlikdə nəzər salacağıq.

Rauf Şahməmmədov Füzuli rayonun İşıqlı kəndində anadan olub. Kiçik yaşlarında olanda ermənilər bu kəndi işğal edirlər. Bu Raufun həyatında silinməz iz buraxır və doğma ata-baba yurdunu, eləcə də işğal edilən bütün torpaqlarımızı azad etmək istəyi onu rahat buraxmır. Elə ordu sıralarında 8 il müddətdən artıq hərbi qulluqçu - çavuş kimi qalması da bununla bağlıdır. Aprel döyüşlərində qəhrəmanlıq, igidlik göstərir. Onun bu şücayəti dövlət tərəfindən medal və fəxri fərmanlarla mükafatlandırılır. Ordudan təxris olunsa da başlayan vətən müharibəsi Raufun könüllü olaraq ordu sıralarına qayıtmasını qaçılımaz edir.

Rauf Şahməmmədov  qazi: Mən özüm texnikəm BMP-kəm və çatan kimi formamı geyindim və bizi ön xəttə apardılar. Gecə döyüşə girdik və bir gecənin içində 3 dənə post aldıq biz 16 nəfər könüllü getmişdik. Ordakı o cənfəşanlığı görədiz, bu 44 gün müddətində Azərbaycanda hamı bir-birinin dayağında durdular. Mən yoldaşlarımı xilas edib qurtardım, təkrar qayıdıb öz maşınıma minəndə mərmi gəlib yaxınıma düşdü.

Xocavənd və Füzuli istiqamətindəki döyüşlərdə yenə də qəhrəmanlıq göstərir. Onun üçün doğma olan İşıqlı kəndi uğrunda gedən döyüşlərdə isə şucayət göstərir və kəndin işğaldan azad edilməsinə nail olunsa da ağır yaralanır. Düşən mərmisinin partlaması nəticəsində 21 qəlpə yarası alır.Bu gün Şahməmmədovlar ailəsi ikiqat sevinclidir. Çünki onlar qalib ölkənin vətəndaşı olmaqla yanaşı işğalda olan dədə-baba torpaqları ailənin böyük oğlu kimi igidlik göstərənlərin sayəsində azad edilib.

Fərid Qaçayzadə qazinin qardaşı: Allah şəhidlərimizə rəhmət eləsin, qalanlara can sağlığı, uzun ömür arzu edirəm. Bu elə bir hisdi ki, mən onu dildə canlandıra bilmirəm. Bunlar orada olanda ürəyimiz arxayın idi ki, vətən uğrunda döyüşürlər. Allah hamısının köməyi olsun, bizim fəxrimizdilər.

Bu gün intiqam alınıb, qisas qiyamətə qalmayıb. Güclü ordu, vətənpərvər oğullar torpaq həsrətinə son qoyublar. Vətən müharibəsində qazanılan qələbə ilə bütün dünyaya Azərbaycan xalqının qəhrəmanlığı və mübarizliyi nümayiş olundu.

Elnur Vahidoğlu