• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 890
— 13.03.2021 17:42

Messi mövsümün nəticəsinə görə "Barsa"nı tərk edə bilər

KepezTV Player

"Barselona" komandasının hücumçusu Lionel Messi mövsümün nəticəsinə görə İngiltərənin "Mançester Siti" komandasına keçə bilər. Argentinalı hücumçunun keçmiş baş məşqçisi Xosep Qvardiola ilə yenidən bir araya gəlməsi böyük ehtimal kimi qiymətləndirilir.Əgər Messi komandadan getsə, komanda onun yerinə ehtimal ki, "Mançester Siti"nin hücumçusu Serxio Aqueronu ala bilər. Messinin "Barselona" ilə müqaviləsi cari ilin 30 iyununa qədər qüvvədədir. Hücumçu ötən yay komandadan getməyə cəhd göstərsə də son nəticədə qalmağa qərar verib. 33 yaşlı oyunçuya əsas iddialılar "Mançester Siti" və "Pari Sen-Jermen" hesab edilir.