• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1378
— 13.03.2021 16:39

Türkiyəyə səyahət edəcək şəxslərə kod veriləcək

KepezTV Player

Türkiyə Səhiyyə Nazirliyi ölkəyə səfər edən şəxslərin tibbi məlumatlarının elektron formada qeydiyyata alınması üçün “Türkiyəyə Giriş Anketi” sistemini təkmilləşdirib. Hava yolu ilə xarici ölkələrdən Türkiyəyə səfər edəcək şəxslər səyahət etməzdən 72 saat əvvəl “register.health.gov.tr” saytına daxil olmalı, və “Türkiyəyə Giriş Anketi”ni doldurmalıdır. Anket doldurulduqdan sonra hər bir şəxs üçün müvafiq kod yaradılacaq və şəxslər bu kodu Türkiyədə səyahət zamanı istifadə edə biləcəklər.