Azərbaycan Minatəmizləmə Agentliyi Ağdam rayonunun işğaldan azad olunan Baş Qərvənd kəndində ərazilərin minalardan təmizlənməsini davam etdirir. Agentliyin qərargah rəisi İdris İsmayılov bildirib ki, həmin ərazi Bərdə-Ağdam dəmir yolu xəttidir, uzunluğu 25 kilometr, eni isə 40 metrdir. Son bir ayda həmin ərazinin 2 kilometri, ümumilikdə isə 37 min 400 kvadratmert sahə yoxlanılıb, yoxlama zamanı 35 ədəd tank əleyhinə mina, 41 ədəd piyada əleyhinə mina, 2 ədəd isə partlamamış hərbi sursat aşkar edilərək götürülüb. Əməliyyatlar davam edir. Bu günə qədər ərazidən iki xətt boyunca piyada əleyhinə mina və bir xətt boyunca tank əleyhinə mina aşkar edilib. Bu gün aparılan əməliyyat nəticəsində 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina aşkar edilib.
Ağdamda minatəmizləmə əməliyyatları ilə tanışlıq
Bu arada, bir qrup media rəhbərləri və sosial media aktivistləri işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi heyət geniş tərkiblidir. Heyətdə ölkədəki bütün televiziya, agentlik, əksər sayt və qəzet rəhbərləri, həmçinin çoxlu sayda blogger və sosial media aktivisti təmsil olunur.Onlar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşlarının minatəmizləmə əməliyyatları ilə tanış olublar.
- Baxış: 804